EN

Baş məşqçi 13 gün sonra işdən qovuldu

Türkiyə çempionatında növbəti dəfə məşqçi dəyişikliyi baş verib. "Boluspor" baş məşqçi Erdal Güneşle yollarını ayırıb. Metbuat.az xəbər verir ki, buna səbəb Anadolu klubunun oynadığı 3 matçın ikisində məğlub olmasıdır. "Qırmızılı-ağlı" klubun uğursuzluq zolağından çıxa bilməməsi baş məşqçinin işdən qovulması ilə nəticələnib. Qeyd edək ki, Erdal Güneş yanvarın 28-də bu vəzifəyə təyin olunmuşdu.

Klub yollarını ayırdığı baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib.

Chosen
26
metbuat.az

1Sources