EN

Müğənni Afiq Orucov "TikTok" sosial şəbəkədə canlı açaraq vəzifəli şəxsi belə söyüb - VİDEO/18+

Afiq Orucov az tanınan toy müğənnisidirBeyləqan və Füzuli rayonlarında toy məclislərinə müğənni kimi dəvət alan müsiqiçidir. 

O, müğənniliklə yanaşı hər gün gündüz və gecələr sosial şəbəkələrdə görünüb çıxışlar edib müzakirələr aparır və  bu şəxsi tanıyanlar bilir ki, elə də güclü oxuyan olmasa da toy məclislərin özünəməxsus yola verməyi bacaran biridir. Az, çox hörmətə sahib olan müğənni Afiq Orucov "TikTok" sosial şəbəkəsində canlı açaraq dost- tanış arasında qazandığı həmin az  hörməti, sosial şəbəkədə içkili halda canlı açaraq söyüş pərformansı ilə hörmətdən salmaqdadır. 

Paytaxt.org bildirir ki, Ptv-nin "whatsapp" ünvanına göndərilən video buna əyani  sübutdur.

Beləki, toy məclislərinin birindən kefli çıxıb, TikTok-da  "əlimyandı" canlı açan müğənni Afiq Orucov yüzlərcə şəbəkə iştirakçıları ilə müzakirədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli şöbəsinin vəzifəlisinin ona verdiyi "salam, necəsən təbrik edirəm" müraciətinə  "s..dir" cavabı verərək təhqir etmiş eləcə də şəxsin şəxsiyyətin aşağılamışdır. Yeni qanuna əsasən sosial şəbəkələrdə publika qarşısında söyüş,təhqir və digər alcaldıcı ifadələr, inzibati xətalar məcəlləsinə görə məsuliyyət hesab edilir. Bu barədə DİN-dən Afiq Orucovun vidoda da göründüyü kimi ifadə etdiyi söyüşün məsuliyyət dəyərinin ölçü vahidi ilə bağlı sorğu ünvanlayırıq və bu halın cəzasız qalmayacağına inanırıq! 

Həmin videonu təqdim edirik:

Bildirək ki, Afiq Orucovdan məsələ ilə bağlı münasibət öyrəndik. O cavabında "bu hadisə ilə bağlı söyüş videosu öz həllini tapıb" deyə bildiridi...!

Chosen
25
paytaxt.org

1Sources