EN

"Gecə saat 2-də ərimə mesaj yazan müğənni..."

Müğənni Arzuxanım sosial şəbəkədə sərt açıqlaması ilə diqqət çəkib.

"Ölkə.az" xəbər verir ki, sənətçi ad çəkmədən ərinə mesaj yazan həmkarına səslənib.

O, paylaşımda qarşı tərəfin adını çəkmədiyini desə də, "məni tənqid edib haqqımda danışma, ay dırnaqarası müğənni. Bu dəfə adını çəkmədim, amma ağzımı açdırma ki, adını çəkim və səni biabır edim. Mənim ərimə gecə saat 2-də mesaj yazan cılız müğənni, ehtiyatlı ol!" kimi ifadələr işlədib.

Müğənninin bu paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Həmin sənətçinin kimliyi izləyicilərdə maraq doğurub. (Milli.Az)

Chosen
19
3
olke.az

4Sources