EN

Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb.

Banco.azxəbər verir ki, startap ekosistemi üzrə məlumatlar təqdim edən tədqiqat qurumu “Dealroom” və NATO tərəfindən təsis edilmiş, mərkəzi Amsterdamda yerləşən texnologiya investisiya fondu “NATO Innovation Fund” tərəfindən yayımlanan hesabata əsasən, Avropada bu sahədə fəaliyyət göstərən startaplar 2025-ci ildə ümumilikdə 8,7 milyard dollar həcmində investisiya cəlb edib. Bu göstərici əvvəlki illə müqayisədə 55 faiz artım deməkdir.

İnvestisiyalardakı artımda xüsusilə iri həcmli maliyyələşmə razılaşmaları mühüm rol oynayıb. Bu tip investisiyaların ümumi məbləği 4,7 milyard dollara çataraq əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib.

2025-ci ildə ən çox investisiya cəlb edən ölkə Böyük Britaniya olub. Almaniya isə ikinci yerdə qərarlaşıb və son illərdə sektordakı artım tendensiyasını qoruyub saxlayıb.

Almaniya və Niderlandda vençur kapitalı yatırımlarının mühüm hissəsi müdafiə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlərə yönəlib.

Mərkəzi və Şərqi Avropa isə investisiya sayındakı artım hesabına ən sürətlə böyüyən region kimi önə çıxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
18
1
banco.az

2Sources