EN

Böyük Avrasiya Yenidənqurması: Azərbaycan Avrasiya və Hind və Sakit okeanları regionları arasında strateji körpüyə çevrilir...

Qlobal güc balansının dəyişdiyi şəraitdə Bakı yeni geosiyasi arxitekturanın əsas bağlantı nöqtəsi kimi ön plana çıxır...

Poliqon xəbər verir ki, bu barədə Forbes məşrində dərc olunsnsn məqalədə bildirilir.  Məqalədə qeyd olunur ki, Avrasiyada genişmiqyaslı geosiyasi transformasiya baş verir: Rusiya və İranın təsiri zəifləyir, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri isə xarici əlaqələrini fəal şəkildə diversifikasiya edirlər. Eyni zamanda ABŞ qlobal strategiya çərçivəsində öhdəliklərin yenidən bölüşdürülməsinə və müttəfiqlik münasibətlərinin korrektə edilməsinə yönəlmiş siyasət yürüdür. Qeyd olunur ki, bu tendensiyalar birlikdə regional oyunçuları xarici tərəfdaşlıqları genişləndirməyə və Moskvadan asılılığı azaltmağa sövq edir. Bu fonda Azərbaycan ön plana çıxaraq Avropa, Avrasiya və Hind-Sakit okean regionu arasında strateji körpüyə çevrilir.

Məqalədə vurğulanır ki, ABŞ-nin 1992-ci il “Azadlığın dəstəklənməsi haqqında” Qanununa daxil edilmiş 907-ci düzəliş Azərbaycana göstərilən Amerika yardımını ciddi şəkildə məhdudlaşdırır. Vaxtilə Bakıya təzyiq məqsədilə qəbul edilmiş bu norma 2025-ci ilin avqustunda Trampın vasitəçiliyi ilə keçirilmiş Vaşinqton sammitindən sonra aktuallığını itirib və ləğv edilməsinə ehtiyac var. Buna baxmayaraq, ABŞ-dəki ən böyük erməni təşkilatı olan ANCA (Amerika Erməni Milli Komitəsi) onun saxlanılmasının tərəfdarı olaraq qalır. Ekspertlər bu mövqeni Ermənistanın mövcud xarici siyasət xətti ilə ziddiyyətli hesab edir və bunun Cənubi Qafqazda ABŞ-nin maraqlarını zəiflətməklə yanaşı, “Tramp Marşrutu” (TRIPP) layihəsini təhdid etdiyini bildirirlər.

Qeyd edilir ki, ABŞ tarixində ilk dəfə olaraq daha əvvəl Kremlin dominantlığı altında olmuş və İran tərəfindən təhdid edilən bir regionda uzunmüddətli təsir imkanları əldə edir. Rusiya postsovet respublikalarındakı nüfuzunu elit şəbəkələr, iqtisadi asılılıqlar, təhlükəsizlik sahəsində tərəfdaşlıq və MDB, KTMT və AİB kimi institutlar vasitəsilə qoruyurdu. Lakin davamlı qeyri-sabitlik və regional münaqişələr “Kremlin ambisiyaları ilə faktiki güc proyeksiyası imkanları arasında artan uçurumu” üzə çıxarıb.

Azərbaycan mediasında yayılan son məlumatlara görə, Bakı Rusiyanın rəhbərlik etdiyi MDB-dən çıxmaq imkanını da nəzərdən keçirir. Azərbaycan bu qurumu böyük ölçüdə aktuallığını itirmiş hesab edir və ABŞ, Türkiyə, Avropa İttifaqı və digər qlobal oyunçularla tərəfdaşlıqları fəal şəkildə inkişaf etdirir. Ermənistan da Moskvadan kənarda öz alyanslarını diversifikasiya etməyə çalışır. Eyni zamanda Mərkəzi Asiya ölkələri Rusiyanın dominantlığını azaltmaq məqsədilə çoxvektorlu siyasət həyata keçirirlər.

“Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Pakistanın iştirakı ilə koordinasiyalı təşəbbüslər – Rusiya təsirinin zəifləməsi və İranın qeyri-sabitliyi fonunda – Avrasiyada güc balansını transformasiya edir və ABŞ-nin birtərəfli müdaxilədən daha çox öhdəliklərin bölüşdürülməsinə əsaslanan yanaşmasını gücləndirir”, – deyə nəşr qeyd edir. Xüsusilə vurğulanır ki, bu yeni arxitekturada Azərbaycan Cənubi Qafqaz, Mərkəzi Asiya və Hind-Sakit okean regionunu birləşdirən əsas həlqə rolunu oynayır.

Poliqon.info

Chosen
41
poliqon.info

1Sources