EN

İsrail HƏMAS-ı vurdu

İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat katibinin ofisi çərşənbə axşamı günü Qəzza zolağında İsrail qüvvələri ilə HƏMAS radikalları arasında toqquşma baş verdiyini bildirib.

İMQ yeraltı tuneldən çıxan və İMQ qüvvələrinə atəş açan bir qrup HƏMAS radikalını vurduğu bildirilir. Buna cavab olaraq İMQ silahlı radikalları atəşə tutub. Toqquşma Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərq hissəsində baş verib.

İMQ bəyanatında hadisəni “atəşkəs razılaşmasının kobud şəkildə pozulması” adlandırıb və öldürülən radikalların İsrailə qarşı “çoxsaylı terror planları hazırladıqlarını” əlavə edib.

//Samir, Qurbanov, Editor.az

Chosen
24
editor.az

1Sources