EN

ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir

Bakı. Trend:

ABŞ Azərbaycanla müdafiə və hərbi-texniki sahədə əməkdaşlığıgenişləndirir.

Trend xəbər verir ki, bununlabağlı məsələ “Azərbaycan Respublikası Hökuməti ilə AmerikaBirləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqındaXartiya”da da öz əksini tapıb.

Sənədə əsasən, tərəflər müdafiə sənayesi məhsullarının satışı dadaxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatədairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞterrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərininəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyiplanlaşdırırlar.

Eyni zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturunmühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıqnəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının mina və digərpartlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddiçətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsindəmaliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialınartırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.

Chosen
43
7
az.trend.az

10Sources