EN

Səbinə Salmanova: “Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti…”

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanın müstəqil və balanslı xarici siyasəti beynəlxalq müstəvidə öz bəhrəsini verməkdədir.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursu ölkəmizin milli maraqlarının etibarlı şəkildə təmin olunmasına, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Son illərdə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası da məhz bu siyasətin məntiqi nəticəsidir. 

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, bu baxımdan, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri son dövrdə Azərbaycana həyata keçirilən ən yüksək səviyyəli səfərlərdən biri olmaqla, iki dövlət arasında mövcud siyasi dialoqun, qarşılıqlı hörmət və etimad mühitinin bariz nümunəsidir:

“Bu səfər ABŞ tərəfinin Azərbaycana və regionda həyata keçirilən siyasətə verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə aparılan yüksək səviyyəli görüşlər ABŞ–Azərbaycan münasibətlərinin artıq strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini bir daha təsdiqləyir. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Eyni zamanda, tərəflər Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb, regionda uzunmüddətli əməkdaşlıq və inkişaf üçün əlverişli şəraitin yaradılmasına dair ortaq mövqelərini ifadə ediblər. ABŞ-nin bölgədə sülh və sabitliyin möhkəmləndirilməsində Azərbaycanın aparıcı və konstruktiv rolunu yüksək qiymətləndirməsi, ölkəmizin artan geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edildiyini bir daha göstərir. Bu səfər, eyni zamanda, ABŞ–Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və ümumi maraqlara əsaslanan tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inam yaradır”.

Deputat bildirib ki, səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir:

“Bu mühüm sənəd iki ölkə arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını daha da möhkəmləndirməklə, tərəfdaşlığın uzunmüddətli və davamlı xarakter daşıdığını təsdiqləyir. Xartiya enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, qlobal enerji bazarlarının sabitliyinə töhfə verilməsi, həmçinin Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunun daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sənəddə, eyni zamanda, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin inkişafı, Orta Dəhlizin funksionallığının artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi nəzərdə tutulur. Terrorizmə, transmilli cinayətkarlığa və digər qlobal təhlükələrə qarşı birgə mübarizə məsələləri də Xartiyanın prioritet istiqamətləri sırasında yer alır”.

S.Salmanova qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Prezident İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzuna xüsusi diqqət çəkib:

“O bildirib ki, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampla yanaşı, həm strateji müttəfiqi Türkiyə, həm də ABŞ-nin Yaxın Şərqdə əsas tərəfdaşlarından biri olan İsraillə səmimi və etibarlı münasibətlərə malik olan nadir dünya liderlərindəndir. Bu bəyanat Azərbaycanın xarici siyasətinin balanslı və praqmatik mahiyyətini əks etdirməklə yanaşı, ölkəmizin müxtəlif geosiyasi mərkəzlər arasında etibarlı körpü rolunu oynadığını da nümayiş etdirir. Qeyd olunan fikirlər Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursunun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan qlobal və regional proseslərdə etibarlı tərəfdaş, dialoqa açıq və sabitləşdirici aktor kimi qəbul olunur. Bu amil isə ABŞ–Azərbaycan münasibətlərinin gələcəkdə daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
cebheinfo.az

2Sources