EN

Restoranların "Sevgililər Günü" qiymətləri -

14 Fevral – Sevgililər Günü münasibətilə cütlüklərin əksəriyyəti axşamı romantik ab-havalı restoranlarda keçirməyə üstünlük verir. Bu da paytaxtda fəaliyyət göstərən məkanların həmin tarix üçün müəyyən etdiyi qiymətləri və xüsusi şərtləri maraq obyektinə çevirir.Metbuat.az Bakının tanınmış restoranlarında Sevgililər Günü ilə bağlı tətbiq olunan qiymətləri araşdırıb. “Prive Steak Gallery” restoranında Sevgililər Günündə bir nəfər üçün depozit məbləği 150 manat təşkil edir. Depozit məbləği menyudan seçim üçün istifadə olunur. “Central Baku” 14 fevral tarixində depozit tələb etmir. “Riviera Baku” isə bu gün üçün nə depozit, nə də xüsusi proqram təqdim edir. “Chayki Restaurant”da qiymətlər masa və kabinetlərə görə müəyyən edilib. VIP kabinet (8–10 nəfərlik) üçün depozit 900 manat, 10 nəfərlik masa üçün 800 manat, 6 nəfərlik masa üçün isə 600 manatdır. Depozit məbləği sifariş edilən yeməklər üçün keçərlidir. “Zeyd” restoranında saat 17:30-a qədər iki nəfər üçün 60 manat depozit tətbiq olunur və menyu seçimi sərbəstdir. Saat 17:30–19:00 aralığında rezervasiya qəbul edilmir. Saat 19:00-dan sonra isə bir nəfər üçün milli mətbəx 175 manat, Avropa mətbəxi isə 200 manat təşkil edir. “Gazelli café”də bir nəfər üçün depozit 75 manatdır. “Ocakbaşı Mangal”da Sevgililər Gününə özəl menyu və proqram daxil olmaqla bir nəfər üçün qiymət 120 manatdır. “Mangal Steak House” restoranında isə xüsusi menyu daxil olmaqla bir nəfər üçün qiymət 150 manat müəyyən edilib. “Sky Grill Restaurant” 14 fevralda saat 19:00-dan gecə yarısına qədər fəaliyyət göstərəcək. İki nəfər üçün qiymət 380 manatdır. Bu məbləğə set menyu, alkoqolsuz içkilər, qarşılama şərabı, canlı musiqi və saksafon ifası daxildir. “Gunaydın Baku” restoranında Sevgililər Günü üçün standart menyu qiymətləri tətbiq olunacaq. “Oronero” və “Shah restoran” məkanlarında depozit tələbi yoxdur, lakin rezervasiya mütləqdir. “Societe Baku”da iki nəfər üçün minimum məbləğ 150 manatdır. “Chinar” restoranında isə müxtəlif zonalara görə depozit məbləğləri fərqlənir. Bir nəfər üçün minimum xərcləmə məbləği 150–200 manat arası dəyişir. 16 nəfərlik xüsusi VIP otaq (PDR) üçün depozit 2000 manat təşkil edir. “La quzu” restoranında depozit məbləği 77 manatdır və menyu seçimi sərbəstdir. Qeyd edək ki, əksər restoranlarda Sevgililər Günü ilə bağlı yerlər məhdud olduğundan əvvəlcədən rezervasiya tövsiyə olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
8
2
metbuat.az

3Sources