EN

Vens: TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq  

Biz Azərbaycana bəzi məsələlərdə, o cümlədən su təchizatı baxımından imkanlar yaradacağıq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

O bildirib ki, artıq TRIPP layihəsi də həyata keçirilir və bu, Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq və təbii ehtiyatlar daha rahat şəkildə ixrac oluna biləcək. Onun sözlərinə görə, bu, Ermənistanla Azərbaycan arasında sülh sazişinin dayanıqlığına təkan verəcək.

Chosen
22
28
azerbaijan-news.az

10Sources