EN

2026-cı il Berlinale festivalı 12 fevralda Berlində açılır…

...Berlinale Beynəlxalq Film Festivalı sabah Berlində açılır və 22 fevrala qədər davam edəcək.

SİA əsas məqamların xülasəsi ilə Sizi də tanış edir.

...76-cı buraxılışın açılış filmi əfqan rejissoru Şarbanu Sadatın siyasi dəyişikliklər fonunda əfqan qadınlarının taleyindən bəhs edən "Yaxşı kişilər yoxdur" filmi olacaq.

...Əsas müsabiqədə müxtəlif ölkələrdən 22 film iştirak edir. Almaniya üç filmlə təmsil olunur: Markus Şleinzerin baş rolda Sandra Hüllerin oynadığı "Gül" tarixi dramı; İlker Çatakın hakimiyyət tərəfindən təzyiqlə üzləşən türk sənətçi cütlüyü haqqında "Sarı məktublar" siyasi dramı və Angela Şanelekin ailə hekayəsi olan "Arvadım ağlayır"...

...Proqramda həmçinin Bet de Araujonun (Sundance Film Festivalının qalibi) "Cozefina" və Kornel Mundruczonun baş rolda Amy Adamsın oynadığı "Dəniz kənarında" dramları da var; Kərim Ainouzun Elle Fanning və Pamela Andersonun rol aldığı "Gül kollarını budamaq" satirası və Hanna Bergholmun valideynliyin mürəkkəbliyindən bəhs edən "Gecədə doğulmuş" qorxu dramı...

...Sənədli film müsabiqəsinə məcburi sürgündəki ruslar haqqında fransız filmi "Rus qışı" və müharibə zamanı zorakılığa məruz qalan qadınlar haqqında Ukrayna-Polşa "İzlər" filmi daxildir.

...Yakut sənədli film rejissoru Yevgeniya Arbuqaevanın "Çuura" adlı filmi qısametrajlı film müsabiqəsində yarışır. Proqrama həmçinin Almaniyada çəkilmiş başqa bir rus rejissoru Saşa Svirskinin "Uçan naməlum obyektlər" filmi də daxildir.

...Bu ilki münsiflər heyətinin sədri “Paris-Texas”, “Arzu qanadları”, “Mükəmməl günlər” və “Şəhərlərdə Alisa” filmlərinin müəllifi, alman rejissor Vim Vendersdir.

Nazlı Almuradova

Chosen
19
1
sia.az

2Sources