EN

Bred Pitt özünün ikonik roluna qayıdacaq...

...SİA xəbər verir ki, “Independent” qəzetinin məlumatına görə, amerikalı aktyor Bred Pitt ikonik roluna qayıdacaq.

Belə ki, o, Kventin Tarantinonun 2019-cu ildə çəkilmiş “Bir zamanlar Hollivudda” filminin davamı olan “Klif Butun macəraları” adlı yeni filmdə “Oskar” mükafatı qazanan Klif But rolunu yenidən canlandıracaq.

...Netflix yayım xidməti filmin tizer treylerini 8 fevral 2026-cı ildə baş tutan 2025-ci il NFL mövsümünün finalı olan Super Bowl LX zamanı təqdim edib.

Rəsmi tizer hələ internetdə yayımlanmayıb. Spinoffun rejissoru Devid Finçer, ssenarini isə Kventin Tarantino yazıb.

Nazlı Almuradova

Chosen
22
1
sia.az

2Sources