EN

Şamaxıda ağır yol qəzası olub, ölən var

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Şamaxı rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib.

“Unikal”ın məlumatına görə, qəza bu gün səhər saatlarında Bakı–Şamaxı avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Niva” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan 66 yaşlı sərnişin Qabil Sərkərov ağır xəsarətlər alıb. Yaralı təcili xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ehtiram Muradov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
1
unikal.az

2Sources