“Azərbaycana səfərdən şərəf duyuram”.
Leqal.info xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.
Ceyms Devid Vens xanımının da Azərbaycana gəldiyini deyib: “Əminəm ki, Azərbaycan yeməkləri əla olacaq. Bu gün axşam yeməyi yeyəcəyik. Azərbaycanın Birinci vitse-prezidenti həm də Azərbaycan Prezidentinin həyat yoldaşıdır. Biz həm də buna görə bir gözəl proqram gözləyirik. Azərbaycana səfərdən və müzakirə aparmaqdan çox şərəf duyuram”.
Leqal.info