EN

Pulu geri tələb etmək hüququnuz var Əməliyyatdan əvvəl bu sənədi tələb edin

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tibbi xidmətlər zamanı pasiyentlə həkim arasında hüquqi münasibətlər aydın şəkildə tənzimlənməlidir. Gözləntilərin əvvəlcədən dəqiq müəyyənləşdirilməsi sonradan yaranan narazılıqların qarşısını alır. Xüsusilə nəticəyə həssas yanaşılan müdaxilələrdə bu məsələ daha böyük əhəmiyyət daşıyır. Yazılı razılaşma tərəflərin məsuliyyət sərhədlərini müəyyən edir. Bu yanaşma həm hüquqların qorunmasına, həm də mübahisələrin ədalətli həllinə şərait yaradır.Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov bildirib ki, bunlar mahiyyət etibarilə xidmət müqaviləsindən irəli gələn məsələdir:"İstər estetik əməliyyat, istərsə də digər tibbi xidmətlər zamanı tərəflər arasında bağlanan müqavilədə gözlənilən nəticə konkret göstərilməlidir. Müqavilədə həkimin nəticəyə tam və ya qismən cavabdehliyi ayrıca qeyd oluna bilər. Əgər göstərilən nəticə əldə olunmazsa, vətəndaşın ödədiyi məbləği geri tələb etmək hüququ var. Həmçinin əlavə zərər yaranıbsa, bunun kompensasiyası da tələb oluna bilər".O bildirib ki, tərəflər razılığa gələ bilmədikdə məsələ məhkəmə qaydasında həll olunur:"Buna görə də müqavilədə nəticə ümumi ifadələrlə deyil, konkret şəkildə göstərilməlidir. Estetik müdaxilələrdə subyektiv yanaşmalar olduğuna görə, nəticənin vizual təsviri də müqaviləyə əlavə edilə bilər. Məsələn, gözlənilən görünüşü əks etdirən şəkil sənədə daxil edilərsə, sonradan mübahisələrin qarşısını almaq daha asan olar".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
2
demokrat.az

3Sources