
“Windows 11” kompüterləri artıq inkişaf etmiş yuxu rejiminə malikdir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Windows Latest” məlumat yayıb.
Bildirilib ki, bütün yeni kompüterlər yeni “Modern Standby” yuxu rejimi ilə təchiz olunacaq. Mütəxəssislər izah etdilər ki, bu vacib yeni xüsusiyyət kompüteri çox aşağı enerji sərfiyyatı olan S0 vəziyyətinə gətirir.