EN

Nənə və nəvə dəm qazından öldü

Qobustanda nənə və nəvə dəm qazından zəhərlənərək ölüb.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib.

İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Qızbacı Mədətova və onun nəvəsi 2013-cü il təvəllüdlü Gülmalı Mədətov hamam otağında dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
18
konkret.az

10Sources