Olimpiya rekordunu qıran Jutta Leerdam göz yaşlarını saxlaya bilməyib
Qadınlar arasında 1000 metr məsafəyə qaçışda Olimpiya rekordunu qıran hollandiyalı idmançı Yutta Leerdam göz yaşlarını saxlaya bilməyib.
Hollandiyalı konkisürən Jutta Leerdam 1 dəqiqə 12,31 saniyəlik nəticə ilə qızıl medal qazanaraq Olimpiya rekordunu qırdı. Hollandiyalı konkisürən Femke Kok gümüş, yaponiyalı konkisürən Miho Takagi isə bürünc medal qazandı.
27 yaşlı Jutta Leerdam 25-ci Qış Olimpiya Oyunlarında qadınlar arasında 1000 metr məsafəyə sürətli konkisürmə yarışında qızıl medal qazandıqdan sonra emosional anlar yaşadı.
aia.az
Tərcümə şöbəsi