Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması çərçivəsində Avropa İttifaqının Rusiyaya dair öz tələblər siyahısı olmalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Kallasın sözlərinə görə, danışıqlarda iştirak edən bütün tərəflər – o cümlədən Rusiya və ABŞ – başa düşməlidirlər ki, sülh sazişinin bağlanması üçün Avropa İttifaqının razılığı zəruridir.
“Bunun üçün bizim də şərtlərimiz var. Biz ruslara qarşı öz şərtlərimizi irəli sürməliyik”, – deyə o vurğulayıb.
Aytəkin TOFİQQIZI