Azərbaycan və ABŞ anti-terror əməliyyatlarında əməkdaşlıq edəcək.
"Far.Az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib.
Prezident qeyd edib ki, Azərbaycan və ABŞ arasındakə münasibət yeni mərhələyə qədəm qoyur:
"Bu gün imzaladığımız sənədlə bizim əməkdaşlığımızın müxtəliflər istiqaməti var. Təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcəyik. Anti-terror əməliyyatlarında əməkdaşlıq edəcəyik".