EN

“Aksent Design Group” Reklamda etibarlı tərəfdaş+Fotolar

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Reklam bazarında illərin təcrübəsi, peşəkar komanda, dünya səviyyəli həllər…

Azərbaycanda reklam və dizayn sektorunun formalaşmasında mühüm rol oynamış şirkətlərdən biri də “Aksent Design Group”dur. Ölkənin ilk reklam şirkətlərindən biri kimi fəaliyyətə başlayan “Aksent Design Group” bu gün də dizayn və vizual kommunikasiya sahəsində güclü mövqeyini qoruyub saxlayır.

Uzun illərin təcrübəsinə əsaslanan şirkət yerli və beynəlxalq brendlər üçün yaradıcı, funksional və texnoloji baxımdan effektiv həllər təqdim edir. “Aksent Design Group”un əsas üstünlüklərindən biri layihəyə yalnız dizayn kimi deyil, brendin ümumi vizual strategiyası prizmasından yanaşmasıdır.

Şirkətin fəaliyyət istiqamətləri geniş spektri əhatə edir. Buraya loqo və brendinq həlləri, korporativ dizayn, sərgi və tədbirlər üçün stendlərin hazırlanması, eləcə də işıqlı və işıqsız reklam konstruksiyaları, pilonlar və açıq hava reklamlarının istehsalı daxildir. Bu xidmətlər brendlərin tanınmasını artırmaqla yanaşı, onların bazarda fərqlənməsinə də imkan yaradır.

“Aksent Design Group” eyni zamanda çap və poliqrafiya xidmətləri sahəsində də fəaliyyət göstərir. Vinil, banner və müxtəlif reklam materiallarının yüksək keyfiyyətlə hazırlanması şirkətin texniki bazasının və istehsal imkanlarının göstəricisidir. Bundan əlavə, promo xidmətləri çərçivəsində təqdim olunan həllər kampaniyaların daha effektiv həyata keçirilməsinə şərait yaradır.

Şirkət müasir dizayn trendlərini, texnoloji yenilikləri və bazar tələblərini diqqətdə saxlayaraq hər bir layihəyə fərdi yanaşma tətbiq edir. Məhz bu yanaşma “Aksent Design Group”-u uzun illərdir reklam sektorunda etibarlı tərəfdaş kimi tanıdır.

Reklam və dizayn sahəsində peşəkar yanaşma, keyfiyyət və davamlı inkişaf prinsiplərinə əsaslanan “Aksent Design Group”, Azərbaycanın vizual kommunikasiya sahəsində aparıcı şirkətlərindən biri olaraq fəaliyyətini davam etdirir.

Instagram: https://www.instagram.com/aksent.az?igsh=MWJtcHVlZTVxbTA5bA==

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
qafqazinfo.az

1Sources