EN

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNİB

Ajans.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Bildirilib ki, avtobuslarla xəttin istismarını fevralın 12-dən həyata keçirəcək. Metronun "Elmlər Akademiyası" stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 manat müəyyən edilib.

Chosen
23
20
Ajans.az

10Sources