Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi Mirzə Mirzəyev vəzifəsindən azad edilib.O, 2024-cü ilin aprel ayından bu vəzifədə çalışıb.Qeyd edək ki, M.Mirzəyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub. (APA)


