EN

Türkiyə saytlarından alış veriş edənlərə bəd xəbər

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Ramazan ayı ilə bağlı saxta endirim ianə və kampaniya saytları Azərbaycan vətəndaşları üçün də ciddi risk mənbəyinə çevrilib. Türkiyədə Milli Kibertəhlükəsizlik Hadisələrinə Müdaxilə Mərkəzi tərəfindən aparılan araşdırmalar zamanı Ramazan mövzulu fəaliyyət göstərən 940 saxta internet saytına giriş məhdudlaşdırılıb.Demokrat.az bildirir ki, bu cür saytlar türk dilində hazırlandığı üçün Azərbaycan istifadəçiləri üçün də inandırıcı görünür. Saxta platformalarda ucuz qiymətə məhsul satışı xeyriyyə aksiyaları və tanınmış markaların adından istifadə edilən kampaniyalar təqdim olunur. Nəticədə vətəndaşların bank kartı kredit kartı və şəxsi məlumatları ələ keçirilir.Qeyd olunur ki, saxta linklər əsasən SMS və elektron poçt vasitəsilə yayılır. Vətəndaşlara daxil olduqları saytın ünvanını diqqətlə yoxlamaq rəsmi mənbə olmadıqda alış və ödəniş aparmamaq tövsiyə olunur.Dələduzluqla üzləşən şəxslər dərhal bankla əlaqə saxlamalı kartlarını istifadəyə bağlatdırmalı və müvafiq hüquq mühafizə orqanlarına müraciət etməlidir. Ekspertlər Ramazan dövründə onlayn alış və ianələr zamanı xüsusilə ehtiyatlı olmağın vacibliyini vurğulayır.Kənan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
demokrat.az

1Sources