EN

Sosial mediada ginekoloq biabırçılığı Cərimələnəcəklər

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Son dövrlərdə bəzi tibbi mütəxəssislərin sosial şəbəkələrdə açıq və şəxsi görüntüləri paylaşması geniş müzakirələrə səbəb olub. Xüsusilə ginekoloq və lazeroloqların belə paylaşımları həm peşə etikası, həm də şəxsi məxfilik baxımından ciddi narahatlıq doğurur. Bu tendensiya yalnız kommersiya maraqları və reklam məqsədləri ilə əlaqələndirilir. Nəticədə pasiyentlərin hüquqları və sosial dəyərlər təhdid altında qalır. Cəmiyyət və dövlət bu hallara qarşı nəzarət və tənzimləmə mexanizmlərini gücləndirməlidir. Məqsəd həm insan sağlamlığının qorunması, həm də peşəkar etikanın saxlanmasıdır.Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Demokrat.az-a bildirib ki, son vaxtlar belə hallara çox rast gəlinir:"Artıq biznes və kommersiya maraqları bütün dəyərləri üstələyib. Xüsusilə tibbi sahədə bu daha çox müşahidə olunur. Həkimlər, kosmetoloqlar və digər mütəxəssislər yalnız gəlir və reklam üçün çalışır, pasiyentləri sadəcə öz məqsədlərinə vasitə kimi istifadə edirlər. Məhrəm görüntülərin yayılması artıq adiləşib və onlar üçün problem yaratmır".Sosioloq bildirib ki, bu, vətəndaşların sosial hüquqlarının pozulması və mənəvi təzyiqdir, ciddi psixoloji travma törədə bilər:"Buna görə məsələyə nəzarət gücləndirilməlidir. Dövlət və cəmiyyət belə hallara qarşı mübarizə aparmalı, insan həyatı və sağlamlığı üzərinə biznes qurulmasına icazə verməməlidir. Reklamın da bir həddi olmalı, müəyyən mənəvi dəyərlər qorunmalıdır. Hər şey bizneslə ölçülməməli, inzibati cəzalar tətbiq olunmalı, cəmiyyət də bu halları qınamalı və boykot etməlidir".O deyib ki, əks halda şəxslər bundan həvəslə istifadə edəcək:"Bu qəbul edilməzdir və həm inzibati, həm ictimai yolla qarşısı alınmalıdır. Bizim milli dəyərlərimizə, cəmiyyət normalarına və insanların psixologiyasına uyğun deyil, zərərli və qəbuledilməzdir".Qeyd edək ki, bu il sosial şəbəkələrdə davranışlarla bağlı normalar təyin edilib. Bu normaların həkimlərə aid edilməsi sual altındadır.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
demokrat.az

1Sources