Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Qax, 10 fevral, Rasim İslamoğlu, AZƏRTAC
Şəki Regional Turizm İdarəsi və Azərbaycan Turizm Bürosunun müvafiq şöbəsinin əməkdaşları tərəfindən Qax rayonunun turizm potensialının araşdırılması məqsədilə İlisu hamamlarına sahə səfəri həyata keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Turizm İdarəsindən məlumat verilib.
Bildirilib ki, sahə səfəri çərçivəsində Hamamçay dərəsində yerləşən Hamamdərə termal bulağının turizm potensialı araşdırılıb, ərazinin əlçatanlıq səviyyəsi, mövcud vəziyyəti, təbii resursları və inkişaf perspektivləri üzrə ilkin təhlillər aparılıb. Yerində baxış zamanı termal bulağın turizm məqsədli istifadəsi imkanları, sağlamlıq və istirahət turizmi baxımından potensialı qiymətləndirilib, ərazinin mühafizəsi və davamlı inkişaf prinsipləri nəzərə alınmaqla, mümkün inkişaf istiqamətləri müəyyən olunub.
Qarşıdakı aylarda İlisu Milli Parkına münasibətdə yeni turizm inkişaf konsepsiya hazırlanacaq. Burada termal bulaqlara, hamamlara ayrıca marşrutların təşkili nəzərdə tutulur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.