EN

Azərbaycanda lombard şirkəti 200 min manat borc cəlb etmək istəyir

Lombard şirkəti “BQ” Açıq Səhmdar Cəmiyyəti kütləvi təklif üsulu ilə hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz buraxır.

Banker.az xəbər verir ki, ümumi həcm 200 min manat təşkil edir.

İllik faiz dərəcəsi: İstiqrazlar üzrə illik gəlirlik 15% təşkil edir.

İstiqrazların kütləvi yerləşdirilməsi Bakı Fond Birjasının (BFB) ticarət platformasında hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazların satışından əldə edilən vəsaitlər Şirkətin dövriyyə vəsaitlərinin artırılması və maliyyə dayanıqlığının gücləndirilməsi, müştərilərə verilən kreditlərin maliyyələşdirilməsi və cəmiyyətin kredit portfelinin genişləndirilməsi, bazarda mövqeyini qorumaq üçün daha sərfəli şərtlərlə vəsait cəlb edilməsinə sərf ediləcək.

“BQ” ASC daşınar əşyaların (əsasən qızıl, həmçinin elektronika və məişət texnikası) girovu müqabilində qısamüddətli lombard kreditlərinin verilməsi və bu əşyaların saxlanması ilə məşğuldur.

Şirkət təminatlı kredit bazarında rəqabət aparır. Bankların istehlak kreditləri üzrə şərtlərinin sərtləşməsi və əhalinin qısamüddətli nağd vəsaitə olan tələbatı lombard xidmətləri üçün perspektivli imkanlar yaradır. Şirkətin kredit portfelinin keyfiyyəti qənaətbəxş hesab olunur və valyuta riskləri aşağıdır.

Xatırladaq ki, “BQ” ASC-nin nizamnamə kapitalının 100%-i bir fiziki şəxsə — Quliyev Fərman Eldar oğluna məxsusdur.

 

Chosen
15
banker.az

1Sources