EN

Sabiq hərbi komissar məhkəmə zalında həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Həsən Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

2023-cü il ilin noybar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin rəisi Həsən Məmmədov sərəncama götürülüb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (Rüşvət alma, külli miqdarda törədildikdə) üzrə cinayət işi açılıb və ev dustaqlığı qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Chosen
17
15
yenisabah.az

10Sources