EN

Keçmiş hərbi komissar məhkəmə zalında HƏBS OLUNDU

Ajans.az apa-ya istinadla xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Həsən Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib. Qeyd edək ki, 2023-cü il ilin noybar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin rəisi Həsən Məmmədov sərəncama götürülüb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (Rüşvət alma, külli miqdarda törədildikdə) üzrə cinayət işi açılıb və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Chosen
18
15
Ajans.az

10Sources