EN

“İmarət” Kompleksindəki araşdırmalarla bağlı yenilik

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya vəAntropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfədoktoru, dosent Pərviz Qasımovun rəhbərliyi ilə bir qrup tədqiqatçıalim Ağdam şəhərindəki “İmarət” Tarix-Memarlıq Muzey Kompleksindəelmi ezamiyyətdə olublar.

Bu barədə Trend-ə AMEA Arxeologiya və Antropologiya İnstitutununİctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, elmi ezamiyyə çərçivəsində tədqiqatçı alimlər“İmarət” Kompleksindəki erməni vandalizminə məruz qalmış baş daşıvə sinə daşları qalıqları üzərindəki epitafiyaların estamplarınıçıxarıblar.

Bu tədqiqiat işində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinindirektor səlahiyyətlərini icra edən Ağdam Rayon Tarix-DiyarşünaslıqMuzeyinin direktoru Ülvi Qədirov və Muzey əməkdaşları alimlərədəstək olublar.

Ümumi razılığa əsasən, estampların çıxarılması üzrə nəzəri vəpraktiki təcrübə əldə edən Muzey əməkdaşları ilə tədqiqatçılararasında elmi əməkdaşlıq davam etdiriləcək.

Xatırladaq ki, işğal dövründə erməni işğalçıları tərəfindənvandalizmə və mədəni soyqırıma (kulturosidə) məruz qalmış Qarabağxanlarının İmarət Kompleksində 2023-2024-cü illərdə AMEAArxeologiya və Antropologiya İnstitutu əməkdaşları tərəfindənarxeoloji tədqiqatlar aparılıb, işğalçılar tərəfindən törədilmişvandazlim aktları qeyd edilib və dəfn abidələrinin yerimüəyyənləşdirilib.

Dövlət və özəl təşkilatlarının birgə səyi nəticəsində ərazidəerməni işğalçılarının törətdiyi vandalizmin nəticələri aradanqaldırılıb, müasir dünya standartlarının şərtlərinə cavab verənmuzey kompleksi inşa edilib.

Abidələr kompleksi ərazisində Prezident İlham Əliyevin 20 fevral2025-ci il tarixli Sərəncamına əsasən, Mədəniyyət Nazirliyininbalansında “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.

Chosen
18
az.trend.az

1Sources