EN

Tanınmış koreyalı bloqer MƏSCİD TİKDİRDİ - VİDEO

Cənubi Koreyada tanınan bloger Daud Kim İslam dinini qəbul etdikdən sonra yeni təşəbbüsü ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, o, ölkəsində məscid inşa etdirmək niyyətində olduğunu açıqlayıb.

Bloqerin sözlərinə görə, planlaşdırılan layihə təkcə ibadət məkanı kimi fəaliyyət göstərməyəcək. Eyni zamanda burada İslam dini ilə bağlı media, maarifləndirmə və məlumatlandırma istiqamətində müxtəlif fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Daud Kim bildirib ki, bu təşəbbüs İslam haqqında düzgün məlumatın yayılmasına və insanlar arasında qarşılıqlı anlayışın formalaşmasına töhfə verməyi məqsəd qoyur. Onun açıqlaması sosial şəbəkələrdə geniş maraq doğurub.

Musa
Milli.Az

Chosen
30
1
milli.az

2Sources