Ajans.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən mərasimdə MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, ARTİ-nin direktor müavini Fuad Qarayev, İnstitutun Xüsusi istedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov, MÜTDA-nın Uşaq Rifahı və İnkişafı şöbəsinin müdiri İlahə Rəsulova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müsabiqə və olimpiadada qalib gələn şagirdlər iştirak ediblər.