EN

Bu qabları qabyuyan maşında yumaq olmaz – Əks halda yenisini almaq məcburiyyətində qala bilərsiniz

Qabyuyan maşın mətbəxdə işi xeyli asanlaşdırsa da, hər qab üçün uyğun hesab edilmir.


Pravda.az bildirir ki, bəzi mətbəx əşyalarının qabyuyan maşında yuyulması və uzun müddət suda isladılması onların tez sıradan çıxmasına səbəb ola bilər.


Yüksək temperatur və güclü yuyucu vasitələr bu qabların səthinə ciddi zərər verir.


Ekspertlərin sözlərinə görə, aşağıdakı qablar qabyuyan maşında yuyulmamalı və suda saxlanmamalıdır:


Taxta qablar və kəsici lövhələr


Taxta material suyu tez hopdurur. Bu isə zamanla şişmə, çatlama və formasının pozulmasına səbəb olur. Bundan əlavə, çatlar bakteriyaların yığılması üçün əlverişli mühit yaradır.


Tökmə dəmir tava və qazanlar


Bu tip qablar xüsusi qoruyucu yağ təbəqəsinə malikdir. Qabyuyan maşında yuyulduqda həmin təbəqə yox olur, nəticədə qab paslanmağa başlayır və istifadə üçün yararsız hala düşür.


Əl işi və dekorativ qablar


Üzərində əl ilə çəkilmiş naxışlar və boyalar olan qablar qabyuyan maşında tez solur. Güclü yuyucu vasitələr və isti su dekorativ görünüşü məhv edir.


Kristal və nazik şüşə qablar


Kristal stəkanlar və vazalar yüksək temperaturun təsiri ilə parlaqlığını itirə, mikroçatlaqlar yarana bilər. Bu da onların daha tez sınmasına səbəb olur.


Mütəxəssislər qeyd edir ki, bu cür qabların əl ilə, ilıq su və yumşaq süngər vasitəsilə yuyulması daha məqsədəuyğundur. Əks halda, qısa müddətdə zədələnən qabları yeniləri ilə əvəz etmək məcburiyyəti yarana bilər.


Əminə Bayramova 

Tarix: 10 Fevral 2026, 16:00   
Chosen
56
19
pravda.az

10Sources