EN

Filippində vulkan aktivliyi səbəbindən 32 yaşayış məntəqəsi kül təbəqəsi ilə örtülüb

Bakı. Trend:

Filippində davam edən Mayon vulkanının aktivləşməsi səbəbindənazı 32 yaşayış məntəqəsi kül təbəqəsi ilə örtülüb.

Trend xarici KİV-əisitnadən xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya vəSeysmologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, bir sıra yaşayış məntəqələrində piroklastikaxınlar (qızmış qaz, kül və daş qarışıqları) müşahidə olunur.Mütəxəssislər kükürd dioksidinin səviyyəsinin artdığını qeydəalıblar ki, bu da vulkanın altında maqmanın hərəkət etdiyinigöstərir. Bundan əlavə, fevral ayının əvvəlindən indiyədək təxminən470 daş uçqunu hadisəsi qeydə alınıb.

Hündürlüyü təxminən 2,5 min metr olan Mayon vulkanırespublikanın ən böyük adası olan Lusonda yerləşir və konusvariforması ilə məşhur turistik obyekt sayılır. O, Filippindəki ənaktiv vulkan hesab olunur. Ən fəlakətli nəticələrə 1814-cü ildə başverən püskürmə səbəb olub. Həmin püskürmə nəticəsində təxminən 1200nəfər həlak olub, bir şəhər isə lava altında qalıb.

Məqalədə:
Chosen
35
az.trend.az

1Sources