EN

İTTİHAM ETDİLƏR! Onu o qədər pislədin ki… Bu baş məşqçini haradan tapıb gətirmisən?

«Araz-Naxçıvan»ın seleksiya üzrə məsul şəxsi Ceyhun Sultanov klub rəhbərliyi tərəfindən möhkəm danlanıb.

Bu barədə redaksiyamıza «ağ-qırmızılar»ın düşərgəsindən məlumat verilib.

Bildirilib ki, Premyer Liqanın 18-ci turunda «Sabah»la keçirilən səfər oyunundan (1:4) sonra onunla iclas keçirilib.

Toplantı elə Masazırda - matçın təşkil edildiyi stadionda baş tutub. Burada Sultanova ciddi iradlar tutulub, Andrey Demçenkonun gəlişi ilə komandanın tamamilə çökdüyü xatırladılıb.

«Neçə vaxtdır bizə deyirdin ki, baş məşqçini dəyişək, Elmar Baxşıyev işləyə bilmir. O qədər pislədin, axırda onunla vidalaşdıq.

Bəs buna nə sözün? Haradan tapıb gətirmisən Demçenkonu?

Bir ay içində komandanı lap qara günə qoyub. İndi futbolçular heç oynaya da bilmir, uduza-uduza gedirik…

Demçenko düzgün taktika və heyət seçmir. Tərlan Əhmədli kimi bir neçə futbolçunun əsas heyətdə nə işi var?» - Sultanov bu sözlərlə qınağa tuş gəlib.

Ukraynalı mütəxəssisin burada işə başlamasına vasitəcilik etmiş seleksioner isə onun futbolçuların potensialına hələ tam bələd olmadığını söyləyib.

O, yardımçılarının bu yöndə Demçenkoya heç bir kömək etmədiyini bildirməklə kifayətlənib.

Muxtar Respublika təmsilçisi baş məşqçi dəyişikliyindən sonra qələbəyə həsrətdir.

«İmişli» ilə Qubada 2:2 edən «ağ-qırmızılar» daha sonra «Neftçi»yə 0:3, «Sabah»a 1:4 hesabıyla uduzub.

Premyer Liqanın bürünc medalçısı hazırda 27 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Chosen
19
sportinfo.az

1Sources