EN

Pentaqondan müdafiə şirkətlərinə xəbərdarlıq Yoxlamalar başlayır

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) əməkdaşlıq etdiyi müdafiə sənayesi şirkətlərinə təzyiqləri artırıb.Bakupost.az “The Wall Street Journal” (WSJ) istinadən xəbər verir ki, nazirlik bu sahədə fəaliyyət göstərən şirkətlərin müqavilə öhdəliklərinə əməl edib-etmədiyini ətraflı şəkildə araşdırmağa başlayıb.Məlumata görə, son günlər müdafiə şirkətlərinə göndərilən rəsmi bildirişlərdə onların mövcud kontraktlar çərçivəsində üzərlərinə düşən öhdəlikləri yerinə yetirib-yetirmədiklərinin diqqətlə yoxlanılacağı, həmçinin genişmiqyaslı performans qiymətləndirmələrinin aparılacağı vurğulanıb.Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvar ayında imzaladığı prezident sərəncamında zəif performans göstərən müdafiə şirkətləri ilə bağlanmış müqavilələrin ləğv oluna biləcəyi barədə xəbərdarlıq etmişdi. Sərəncamda həmçinin nazirlik tərəfindən müəyyən ediləcək şirkətlərə istehsalda yaranmış gecikmələrlə bağlı düzəliş planlarını təqdim etmək üçün 15 gün vaxt veriləcəyi qeyd olunurdu.Pentaqonun silah tədarükünə cavabdeh olan nazir müavini Maykl Daffinin fevralın 6-da şirkətlərə göndərdiyi elektron məktubda bildirilir ki, prezident sərəncamına uyğun olaraq ilkin performans yoxlamaları artıq başa çatdırılıb və indi uyğunsuzluqların müəyyən edilməsi məqsədilə daha geniş istintaq mərhələsinə keçilir.Məktubda qeyd olunur ki, yaxın qərar dövründə müəyyən edilmiş şirkətlərlə əlaqə saxlanılacaq və onlardan istehsal problemlərinin aradan qaldırılması üçün düzəliş planlarının hazırlanması tələb olunacaq.Pentaqonun sözçüsü Şon Parnell isə “The Hill” nəşrinə açıqlamasında bildirib ki, bu şirkətlərin istehsal güclərinin artırılmasına investisiya yatırıb-yatırmadığı da yoxlanılır. Onun sözlərinə görə, Tramp administrasiyasının bu addımlarından sonra bəzi şirkətlər artıq performanslarını yaxşılaşdırmağa başlayıblar.“WSJ” yazır ki, müdafiə sənayesi şirkətləri bir tərəfdən Pentaqonun silah istehsalının sürətləndirilməsi tələblərini, digər tərəfdən isə investorların dividendlərlə bağlı gözləntilərini eyni vaxtda qarşılamağa çalışır.Cavid, BakuPost Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
www.bakupost.az

1Sources