EN

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

Fevralın 10-u saat 14:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Belə ki, Bakıya və Abşeron yarımadasına, Daşkəsən, Şirvan, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, İmişli, Hacıqabul, Sabirabad, Qax (Sarıbaş), Şəki (Kişçay), Salyan, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Xaltan, Şabran, Neftçala, Beyləqan, Qəbələ, Şahdağ, Yardımlıya qar, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Ağdam, Lerik, Lənkəran, Astara, Gəncə, Naftalan, Şəmkir, İsmayıllı, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Sədərək, Xocalı, Füzuli, Ağcabədi, Goranboy, Oğuz, Bərdəyə isə yağış yağır.

Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 27, Şirvanda 21, Salyanda 18 metrədək güclənir.

Chosen
20
25
azerbaijan-news.az

10Sources