EN

Bakıda Galik in təkərlərini oğurladılar

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakının Nəsimi rayonunda oğurluq qeydə alınıb.

Lent.az xəbər verir ki, naməlum şəxslər zərərçəkənə məxsus “Gelandewagen” markalı avtomobilin 10000 manat dəyərində olan 4 ədəd təkərini oğurlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qabaqcadan əlbir olaraq əməli törətməkdə şübhəli bilinən 42 yaşlı M.Ramazanov və 33 yaşlı Ə.Rəhimli saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar gecə saatlarında zərərçəkənin qarajına daxil olub avtomobilinin təkərlərini oğurlayaraq hadisə yerindən uzaqlaşıblar.

Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə iaşə obyektlərinin birindən noutbuk oğurlamaqda şübhəli bilinən 49 yaşlı H.Niftəliyeva da müəyyən olunaraq saxlanılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
lent.az

1Sources