EN

AZAL bayramlarla əlaqədar Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir

Bakı. Trend:

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayramgünlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarınatələbat ənənəvi olaraq artır. Bu səbəbdən Azərbaycanın milliaviadaşıyıcısı AZAL qeyd olunan dövrdə bu istiqamətdə səyahətetməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldəetməyi tövsiyə edir.

Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuatxidmətindən məlumat verilib.

Hazırda qüvvədə olan uçuş cədvəlinə əsasən, bayramlar ərəfəsindəvə istirahət günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə günərzində 8–10 müntəzəm reysin (gediş-gəliş 16–20 reys) yerinəyetirilməsi planlaşdırılıb. Zərurət yarandığı halda tələbata uyğunolaraq uçuşların sayının daha da artırılması nəzərdə tutulur.Beləliklə, Naxçıvan istiqamətində hava nəqliyyatı əlaqəsininmüntəzəmliyi və fasiləsizliyi planlama zamanı əsas götürülür.

Qeyd edək ki, mülki aviasiya fəaliyyəti təsdiq edilmiş uçuşəməliyyat planı çərçivəsində həyata keçirilir. Sözügedən plan uçuşcədvəlinin formalaşdırılmasını, hava gəmilərinin uçuşlarahazırlanmasını, məcburi texniki və əməliyyat yoxlamalarınınaparılmasını, eləcə də təhlükəsizlik və xidmət keyfiyyətinəyönəlmiş digər tədbirləri əhatə edir. Bununla əlaqədar olaraq havadaşımalarının səmərəli təşkili məqsədilə sərnişinlərə səyahətləriniöncədən planlaşdırmaq məsləhət görülür.

Aviabiletləri aviaşirkətin azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ınkassalarından əldə etmək mümkündür.

Chosen
32
37
az.trend.az

10Sources