EN

Qazaxıstan “superprezident” idarəetmə formasından imtina edir — Tokayev

Qazaxıstanda “superprezident” dövrü bitir.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bəyanat verib.

Qazaxıstan lideri ölkənin “superprezident” idarəetmə formasından uzaqlaşdığını bəyan edib.

Onun sözlərinə görə, ölkənin yeni konstitusiya layihəsi Qazaxıstanın siyasi sisteminin inkişafının ardıcıllığını və məntiqini özündə əks etdirir.

Yeni idarəetmə sistemi “güclü prezident — nüfuzlu parlament — hesabatlı hökumət” konsepsiyası əsasında qurulacaq.

Bu islahatların hakimiyyət qolları arasında səlahiyyət bölgüsünü optimallaşdıracağı və dövlət idarəçiliyində şəffaflığı artıracağı vurğulanıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
27
interpress.az

1Sources