Azərbaycan atleti Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, idmançı bu uğura qapalı məkanda keçirilən 42-ci Azərbaycan çempionatı çərçivəsində imza atıb. Lamiyə Vəliyeva böyüklər arasında 200 metr məsafəyə qaçışda 24.64 saniyə nəticə göstərərək əvvəlki rekordu geridə qoyub.
Qeyd edək ki, bu nəticə atletikanın sprint növləri üzrə ölkə daxilində son illərin ən yaxşı göstəricilərindən biri hesab olunur.