EN

Şamaxıda stadionu qardan Qurban Qurbanov özü təmizləyir

Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qarabağ” Şamaxıda şəhərin eyniadlı komandasının qonağı olacaq. Matç saat 14:30-da başlamalı idi. Görüşün startı qara görə 20 dəqiqə yubanır.

Publika.az-ın məlumatına görə, hazırda matça son hazırlıqlar gedir. Stadion qardan təmizlənir. Bu prosesdə iştirak edənlərdən biri də “Qarabağ”ın baş məşqçisi Quran Qurbanovdur. O, kürəklə meydanı qardan təmizləməyə çalışır.

Təcrübəli mütəxəssisin bi addımı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. Onlar “Qurban Qurbanov” deyə qışqırıblar.

Chosen
16
publika.az

1Sources