EN

Kreml Türkiyənin nüvə silahı ilə bağlı açıqlamasına münasibət bildirib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, nüvə silahına malik ölkələr silahlanma yarışının qarşısını almalıdırlar.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Peskov qeyd edib ki, nüvə silahlarının yayılmaması rejimi mövcuddur və bu, nüvə təhlükəsizliyinin təməl daşıdır.

Xatırlada ki, fevralın 9-da Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İranla problemli münasibətləri olan ölkələr nüvə silahı hazırlamaq planları hazırlayarsa, Ankara bu yarışa qoşulmaq məcburiyyətində qalacaq. Lakin o, İranın belə silahlara malik olmadığını və onları inkişaf etdirmək planlarının olmadığını vurğulayıb.

Seyranə QuliyevaMissiya.Az

Chosen
11
missiya.az

1Sources