İngiltərənin “Mançester Siti” komandası 2026-cı ilin startından etibarən diqqət çəkən göstəriciyə imza atıb.
İdman.Biz xəbər verir ki, “şəhərlilər” cari ildə keçirdiyi Premyer Liqa oyunlarının heç birində ilk 45 dəqiqədə top buraxmayıb. Bu nəticə onları çempionatda fərqləndirən yeganə kollektiv edir.
Komandanın intizamlı müdafiə oyunu və matçlara yüksək konsentrasiya ilə başlaması bu statistikada əsas rol oynayan amillər kimi qiymətləndirilir.
Qeyd edək ki, “Mançester Siti” bu mövsüm 24 qol buraxıb və bu göstəriciyə görə sadəcə “Arsenal”dan (17 top) geri qalır.