EN

Yaponiya Ukrayna ilə bağlı bu təşəbbüsə qoşuldu

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yaponiya Ukraynanın dəstəklənməsi ilə bağlı PURL (Ukraynanın prioritet ehtiyaclarının siyahısı) təşəbbüsünə qoşulur.

Axar.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, Yaponiya yalnız radar sistemləri və zirehli jiletlər daxil olmaqla, ölümcül olmayan müdafiə avadanlıqları üçün maliyyə ayıracaq.

Bildirilib ki, Yaponiya artıq bir neçə NATO üzvünü və Ukraynanı planı barədə məlumatlandırıb.

NATO rəsmilərindən biri hətta qeyri-öldürücü avadanlıqların belə Ukrayna üçün vacib olduğunu vurğulayıb və əlavə edib ki, Yaponiyanın bu təşəbbüsdə iştirakı əhəmiyyətlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
axar.az

1Sources