EN

Yaponiyada güclü qar yağan ərazilərə ordu bölmələri göndərildi

Yaponiyanın şimal və şimal-qərbində güclü qar yağması nəticəsində 600-dən çox insan xəsarət alıb.

7News.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Zərərçəkənlərin ümumi sayı 650-yə çatıb. Onlardan 46-sı sağ qala bilməyib, 193 nəfər ağır yaralanıb. Ən pis vəziyyət isə Niiqata prefekturasında qeydə alınıb, burada həddindən çox qarın yağması nəticəsində 17 nəfər ölüb.

Fevralın 5-də bildirilib ki, son həftələrdə Yaponiyanın bir neçə prefekturasında xüsusilə güclü qar yağıb və xüsusən də Niiqata, Hokkaydo, Akita və Yamaqata əyalətlərinə təsir edib. Əhaliyə kömək etmək üçün həmin ərazilərə ordu bölmələri göndərilib.
Chosen
10
1
7news.az

2Sources