2025-ci ildə Körfəz ölkələrindən Azərbaycana təxminən 195 min nəfər turist gəlib. Bu turistlərin Azərbaycanda çəkdiyi xərclər təxminən 399 mln. manat təşkil edib.
Banker.az xəbər verir ki, 2024-cü illə müqayisədə Körfəz regionu üzrə turist axını təxminən 6 faiz, xərclər isə təxminən 12 faiz azalıb.
Səudiyyə Ərəbistanından gələn turistlərin sayı 2025-ci ildə təxminən 102 min nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təxminən 7 faiz artım deməkdir. Turistlərin xərcləri isə 208 mln. manat səviyyəsində olub və illik müqayisədə təxminən 8 faiz artıb.
Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı 43 min nəfər olub ki, bu da 2024-cü illə müqayisədə təxminən 5 faiz azalma deməkdir. Turistlərin xərcləri 90 mln. manat təşkil edib və illik müqayisədə təxminən 18 faiz azalıb.
Küveytdən Azərbaycana gələn turistlərin sayı 2025-ci ildə 26 min nəfər səviyyəsində olub. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 16 faiz azalıb. Küveytli turistlərin xərcləri isə 55 mln. manat olub ki, bu da təxminən 22 faiz azalma deməkdir.
Omandan gələn turistlərin sayı 16 min nəfər təşkil edib və bu, illik müqayisədə təxminən 33 faiz azalma deməkdir. Turistlərin xərcləri də kəskin azalaraq 29 mln. manat olub ki, bu da təxminən 35 faiz azalma ilə xarakterizə olunur.
Bəhreyndən gələn turistlərin sayı 2025-ci ildə 5 min nəfər olub və bu göstərici əvvəlki illə müqayisədə təxminən 10 faiz azalıb. Onların çəkdiyi xərclər isə 10 mln. manat təşkil edib ki, bu da təxminən 15 faiz azalma deməkdir.
Qətərdən gələn turistlərin sayı 3 min nəfər səviyyəsində olub və illik müqayisədə təxminən 16 faiz azalma qeydə alınıb. Turist xərcləri isə 6 mln. manat olub ki, bu da təxminən 18 faiz azalma deməkdir.