EN

Sabah Bakıda çovğun gözlənilir – XƏBƏRDARLIQ

Fevralın 11-nə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava gözlənilir. 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar və qar yağacağı ehtimal olunur. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz isə 2-5° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% təşkil edəcək. Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava, qar yağışı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz isə 3-6° isti olacaq. Dağlıq ərazilərdə gecə 5-10° şaxta, yüksək dağlıq bölgələrdə 10-15° şaxta, gündüz isə 0-5° şaxta müşahidə olunacaq. Bəzi yolların buz bağlayacağı ehtimalı var.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə arabir yağıntılı hava, qar yağışı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal olunur. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq. Bəzi yolların buz bağlayacağı ehtimal edilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə bəzi yerlərdə arabir yağıntılı hava, qar yağışı olacaq. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal olunur. Gündüz tədricən yağıntılar kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-3° şaxta təşkil edəcək. Bəzi yollar buz bağlayacaq.

Şərqi Zəngəzurda – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda bəzi yerlərdə arabir yağıntılı hava, qar yağışı müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal edilir. Axşam tədricən yağıntılar kəsəcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. Bəzi yolların buz bağlayacağı ehtimal olunur.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda bəzi yerlərdə arabir yağıntılı hava, qar yağışı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal olunur. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz isə 2-5° isti olacaq. Bəzi yolların buz bağlayacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda bəzi yerlərdə arabir yağıntılı hava, qar yağışı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal olunur. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsəcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Bəzi yolların buz bağlayacağı ehtimal olunur.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab və Salyanda bəzi yerlərdə arabir yağıntılı hava, qar yağışı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal olunur. Axşama doğru yağıntılar tədricən kəsəcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz isə 3-6° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda bəzi yerlərdə arabir yağıntılı hava, qar yağışı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal olunur. Axşam yağıntılar tədricən kəsəcək. Arabir duman olacaq. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 1-3° şaxta olacaq.

Chosen
34
43
veteninfo.az

10Sources