EN

Bu halda avtomobilin cərimə meydançası ilə bağlı xərcləri sürücüyə qaytarılacaq

Bakı. Trend:

Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasınasəbəb olan iş bağlandıqda bunun üçün ödənilən məbləğ avtomobilinsahibinə qaytarılacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin mühafizə olunanduracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işinicraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh verməhaqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyatvasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçünödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyatvasitəsinin sahibinə qaytarılacaq.

Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixliQərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş DövlətYol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlaranəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsiləgətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərininaşağıda göstərilən tarifləri təsdiq edilib:

№-si

Xidmətlərin adı

Ölçü vahidi

Tariflər
(ƏDV ilə manatla)

1.

Nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsiləduracaqlara gətirilməsi

1
ədəd/reys

20,0

2.

Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması

2.1.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 tondaxil olmaqla)

1 ədəd/gün

1,0

2.2.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tondan 10 tona qədər olduqda(10 ton daxil olmaqla)

1 ədəd/gün

2,0

2.3.

Nəqliyyat vasitəsinin çəkisi 10 tondan yuxarı olduqda

1 ədəd/gün

3,0

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraqbirinci oxunuşda qəbul edilib.

Chosen
99
9
az.trend.az

10Sources