EN

Bakı Ankara xətti dəyişən geopolitikada regional sabitliyin əsas dayağıdır ŞƏRH OLUNDU

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Fevralın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında reallaşan telefon danışığı regional geosiyasi konfiqurasiyanın sürətlə dəyişdiyi bir mərhələdə Bakı və Ankaranın strateji sinxronlaşma ehtiyacından xəbər verir”.

sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, bu diplomatik təmasın mahiyyəti sadəcə ikitərəfli münasibətlərin cari vəziyyəti ilə məhdudlaşmır; burada əsas məqam Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq hər iki ölkənin beynəlxalq platformalarda vahid bir güc mərkəzi kimi çıxış etmək iradəsidir:

”Xüsusilə Türk Dövlətləri Təşkilatı və digər çoxtərəfli formatlarda birgə səylərin artırılması Cənubi Qafqazda kənar oyunçuların neqativ təsir rıçaqlarını zəiflətməyə hesablanmış preventiv diplomatik gedişdir.

Analitik baxımdan yanaşdıqda regional təhlükəsizlik məsələlərinin müzakirəsi Ermənistanla sülh müqaviləsi perspektivləri və regionun nəqliyyat-kommunikasiya arxitekturasının (Zəngəzur dəhlizi daxil olmaqla) formalaşdırılması kontekstində mühüm əhəmiyyət kəsb edir. Nazirlərin bu intensiv dialoqu göstərir ki, Azərbaycan və Türkiyə regionun gələcək taleyini müəyyən edən proseslərdə təşəbbüsü əldə saxlamaq üçün “ortaq ağıl” mexanizmini tam gücü ilə işə salıb.

Beləliklə, bu telefon danışığı Azərbaycan–Türkiyə müttəfiqliyinin həm siyasi, həm də təhlükəsizlik müstəvisində sarsılmaz olduğunu və qlobal qeyri-müəyyənliklər fonunda regional sabitliyin əsas lövbəri funksiyasını yerinə yetirdiyini bir daha təsdiqləmiş oldu”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
sia.az

2Sources